|
Hörmətli həmkarlar!
“Sivilizasiya” jurnalının redaksiyası tarix, antropologiya, siyasi elmlər,
fəlsəfə, sosiologiya, filologiya, sənətşünaslıq kimi elm sahələri üzrə rəyləşdirilmiş
məqalələri dərc edir.
“Sivilizasiya”nın sizə təqdim olunan redaksiya heyəti jurnalın ixtisas
sahələrindən biri üzrə elmi dərəcəyə sahibdir. Jurnalın nəşr siyasəti oxucuların
bilik dairəsinin artmasına şərait yaradılması, öncəki illərin nailiyyətlərinin
ümumiləşdirilməsi, qorunub saxlanılması və inkişaf etdirilməsi niyyətini izləyir.
Elmi araşdırmaların nəşrində başlıca məqsəd elmi fəaliyyət sahəsini
genişləndirmək və beynəlxalq səviyyədə elmi kommunikasiya sisteminə
tamhüquqlu üzv kimi daxil olmadır.
“Sivilizasiya” jurnalı yeni elmi nəşrlər haqqında rəyləri, elmin aktual
problemlərinə həsr olunan məqalələri, tematik tədqiqatlar barədə məlumat və
materialları ən qısa zamanda nəşr etməyə təminat verir.
“Sivilizasiya” jurnalı müstəqil nəşr kimi humanitar elmlərin geniş sahəsinin
tədqiqində müəyyən anlamda bir foruma çevrilməyə cəhd edir. Bir təşkilatçı kimi
öz fəaliyyətimizdə elmi etika kodeksinin prinsiplərini rəhbər tuturuq. Jurnalımızın
inkişafı naminə hər zaman müzakirələrə açığıq.
Sizinlə əməkdaşlığa ümid edir və dəstəyinizə güvənirik.
Aktual tematika və elmi əhəmiyyətə malik yeni və maraq doğuracaq
məqalələrinizi gözləyirik.
Hörmətlə,
f.e.d., prof. N.Z.Hüseynli
baş redaktor