Noyabrın 3-də Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işinə başlayıb.

Tədbirin açılışında çıxış edən universitetin rektoru, professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb.

Sonra İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.

Akademiklər Muxtar İmanov, Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Daha sonra qonaqlara konfransda iştiraklarına görə təşkilat komitəsi adından universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova öz təşəkkürünü bildirib.

Tədbirə qardaş Türkiyə respublikasından da elm və bilim adamları qatılıblar.

Konfrans iki gün davam edəcək.

Müraciətlər və xülasələrin göndərilməsi üçün son tarix

10 noyabr 2019

Konfrans proqramının elanı

15 noyabr 2019

Məruzə mətnlərinin göndərilməsi üçün son tarix

1 dekabr 2019

Konfransın tam mətin kitabının nəşri

20 dekabr 2019

Konfransın  mövzuları

Konfransın mövzuları İsmayıl Şıxlı yaradıcılığı ilə bağlı olmaqla yanaşı, aşağıdakı mövzulardan birini əhatə edə bilər:

  1. Dil
  2. Ədəbiyyat
  3. Folklor
  4. Tarix
  1. Konfransda iştirak forması 

         Konfransda məruzə edərək və ya dinləyici kimi iştirak etmək mümkündür. 

  1. Müraciət

Konfransda iştirak etmək üçün 10 noyabr 2019-cu  ilə qədər, 200 sözdən az olmamaq şərti ilə xülasə

         simpozium.2019@gmail.com     

         e-mailinə “məruzəçinin adı və soyadı” başlığı ilə göndərilməlidir.

Qeyd: Müraciət edən şəxsin adı, soyadı, təhsil aldığı müəssisə, fakültə, kafedra, əlaqə vasitələri, telefon, e-mail göstərilməlidir.

3.Məruzə mətni

         Xülasə qəbul edildikdə məruzənin tam mətni 1 dekabr 2019-cu il tarixinə qədər:

         simpozium.2019@gmail.com     

         e-mailinə məruzəçinin “Ad və soyadı” başlığı ilə göndərilməlidir.

         Məruzələr MS Word formatında, Times New Roman 12 şriftlə hazırlanmalıdır.

4.Təşkilat komitəsi:

F.e.d., prof.  Nazim HÜSEYNLİ (Bakı Avrasiya Universitetinin rektoru)

Günhan HÜSEYNLİ (Ümumi işlər üzrə prorektor)

Fil.ü.f.d., dos. Elmira MƏMMƏDOVA-KEKEÇ (Ümumi filologiya kafedrasının müdiri)

Fil.ü.f.d., dos.Salman SÜLEYMANOV (Filologiya fakültəsinin dekanı)

F.ü.f.d., dos. Mütəllim RƏHİMOV (Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı)

5.Elmi heyət:        

Fil.ü.f.d., dos.Nigar HÜSEYNOVA (Ümumi filologiya kafedrasının dosenti) 

S.e.d., prof. Gülzar İBRAHİMOVA (Humanitar fənlər və regionşünaslıq kafedrasının professoru)

S.e.ü.f.d. Səyavuş Qasımov (Humanitar fənlər və regionşünaslıq kafedrasının dosenti)

Fil.e.d., prof. Mahmud ALLAHMANOV (professor)

Fil.e.d., dos.  Mayıl ƏSGƏROV (Ümumi filologiya kafedrasının professoru)

Fil.ü.f.d., dos. Ədalət TAHİRZADƏ (Ümumi filologiya kafedrasının professoru)

Fil.ü.f.d. Seyfəddin ALTAYLI (Ümumi filologiya kafedrasının dosenti)

Fil.ü.f.d., dos. Səadət ŞIXIYEVA (Ümumi filologiya kafedrasının dosenti)

Fil.ü.f.d., dos. Ruslan ABDULLAYEV (Ümumi filologiya kafedrasının dosenti)

Reklam