Hörmətli həmkarlar!
“Sivilizasiya” jurnalının redaksiyası tarix, antropologiya, siyasi elmlər,
fəlsəfə, sosiologiya, filologiya, sənətşünaslıq kimi elm sahələri üzrə rəyləşdirilmiş
məqalələri dərc edir.
“Sivilizasiya”nın sizə təqdim olunan redaksiya heyəti jurnalın ixtisas
sahələrindən biri üzrə elmi dərəcəyə sahibdir. Jurnalın nəşr siyasəti oxucuların
bilik dairəsinin artmasına şərait yaradılması, öncəki illərin nailiyyətlərinin
ümumiləşdirilməsi, qorunub saxlanılması və inkişaf etdirilməsi niyyətini izləyir.
Elmi araşdırmaların nəşrində başlıca məqsəd elmi fəaliyyət sahəsini
genişləndirmək və beynəlxalq səviyyədə elmi kommunikasiya sisteminə
tamhüquqlu üzv kimi daxil olmadır.
“Sivilizasiya” jurnalı yeni elmi nəşrlər haqqında rəyləri, elmin aktual
problemlərinə həsr olunan məqalələri, tematik tədqiqatlar barədə məlumat və
materialları ən qısa zamanda nəşr etməyə təminat verir.
“Sivilizasiya” jurnalı müstəqil nəşr kimi humanitar elmlərin geniş sahəsinin
tədqiqində müəyyən anlamda bir foruma çevrilməyə cəhd edir. Bir təşkilatçı kimi
öz fəaliyyətimizdə elmi etika kodeksinin prinsiplərini rəhbər tuturuq. Jurnalımızın
inkişafı naminə hər zaman müzakirələrə açığıq.
Sizinlə əməkdaşlığa ümid edir və dəstəyinizə güvənirik.
Aktual tematika və elmi əhəmiyyətə malik yeni və maraq doğuracaq
məqalələrinizi gözləyirik.

Hörmətlə,
f.e.d., prof. N.Z.Hüseynli
baş redaktor

 “Sivilizasiya”dan müraciət

İstəkli həmkarlar!

Biz çox böyük məmnuniyyətlə “Sivilizasiya” jurnalının nəşri ilə məşğuluq. “Sivilizasiya” tarix, antropologiya, siyasi elmlər, fəlsəfə, sosiologiya, filologiya, sənətşünaslıq və s. elmlərə dair yoxlanılmış orijinal məqalələri çap edir.

Sizə “Sivilizasiya” jurnalının humanitar və sosial elmlər üzrə mötəbər mütəxəssislərdən  ibarət yeni redaksiya heyətini təqdim edirik. Həmçinin istərdik ki, jurnalımızın tərəqqi və nailiyyətlərini inkişaf etdirək, yüksək keyfiyyətli orijinal tədqiqatları çap etməklə,  jurnalın elmi əhəmiyyətini və oxunaqlıq səviyyəsini artıraq. Əsas məqsədimiz güclü işləri çap etmək, alimlərin beynəlxalq əlaqələrini artırmaq və jurnalın əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bunu da qeyd etmək istəyirik ki, “Sivilizasiya” jurnalının önə çəkdiyi məsələlər material kimi resenziylaşmış iclaslarda istifadə oluna bilər.

 “Sivilizasiya” jurnalı yeni kitablara rəyləri,  elmin aktual problemlərinə həsr olunan məqalələri, tematik tədqiqatlar barədə məlumatları, materialları ən qısa zamanda nəşr etməyə təminat verir.

“Sivilizasiya” jurnalı müstəqil nəşr kimi geniş sahələrdə elm və təfəkkür tarixinin tədqiqində bir foruma çevrilmək üçün çalışır. Bir təşkilatçı kimi fəaliyyətimizdə davranış və təlimat kodeksinin prinsiplərini rəhbər tuturuq. Jurnalımızın inkişafı üçün Sizdən həmişə fikirlərinizi eşitməyə hazırıq.

Sizinlə iş birliyinə güvənirik, müasir və faydalı məqalərərinizi gözləyirik.

Sizin fəal dəstək və əməkdaşlığınıza ümid edirik.

Hörmətlə,

F.e.d. prof. N.Z.Hüseynli

Baş redaktor

Reklam